144 km/saat sürətlə gedən velosiped!

Bu xəyal deyil. Aerovelo şirkətinin qurucuları Todd Teicher və Cameron Robertson neçə illər ərzində apardıqları eksperimentlərdən, testlərdən sonra en sonda Eta velosipedini bu sürətə çatdıra biliblər. Nəzərinizə çatdıraq ki, velosiped bu sürətə sırf insan ayağının gücü ilə çatır, yəni heç bir motor və elektronik vasitələrdən istifadə olunmur.

Bəs bu necə mümükündür? Mühəndis dəqiqliyi, innovasiya və kiçik qüvvə sərf etməklə böyük işlərə nail olmaq qurucuları həvəsləndirən amillərdən olub. Velosiped həm daxildən, həm də xaricdən yüksək sürət əldə etmək məqsədi ilə dizayn olunub. Məsələn, xarici dizaynı çox aerodinamik olduğu üçün hava ilə müqaviməti minimal səviyyəyə endirir.

Velosipedin ağırlıq mərəkəzi çox aşağıdır. Bu da çox asanlıqla sürət yığmağa imkan verir. Əsasən çox yüngül karbon fiber materialından hazırlanan Eta, sırf öz sürücüsünün bədən formalarına uyğunlaşdırılıb ki, bu da ümumi dizaynı çox kompakt və effektiv edir. Sürücü velosipeddə şaquli yox üfüqi vəziyyətdə oturur. Bu da bədənin velosipedə təzyiqini azaldır və sürücünün velosipedi ayaqları ilə daha sürətli sürməsinə kömək edir. Amma bu vəziyyətdə sürücü qarşısındakı yolu görə bilmir. Ona görə də, velosipedin heç pəncərələri də yoxdur. Əvəzində sükanın üstündə yerləşdirilmiş 2 kamera vasitəsilə sürücü yolu, öz sürətini və digər məlumatları görə bilir.

Aşağıdakı videoda Eta-nın necə dizayn olunduğunu görə bilərsiniz

 

2033dəfə baxılıb.