Saqqız ağacı, yoxsa məhsulu?

Damla saqqızı, tarixinin izləri çox qədim zamanlara dayan və hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Heredot və Hipokrat dövlərindən məşhur olan təbii bir möcüzədir. Türkiyəli məşhur botanikaçı professor Əkrəm Sezikiz sözlərinə görə  Dioskolidis miladdan sonra ikinci əsrdə Anadolunu gəzərək Materiya Medika kitabını yazan tanınmış bir həkim-əczaçıdır. Müəllif əsərində saqqınızın həzmi asanlaşdırmasının yanında dişlər üçün də faydalı olduğunu qeyd etmişdir. Galenos Anadolulu bir həkim-əczaçıdır. Berqamada dünyaya gəlib, orda işləyib  və qərbdə tibbin atası olaraq tanınır. Galenos müxtəlif qərb səyyahlarının da  saqqızın madə-bağırsaq xəstəliklərinin, qara ciyər iltihablanmasının müalicəsində istifadə etdiklərini, saqqız çeynəməyin vəya dərman şəklində qəbul etmənin, qusmanın qarşısını almaqda, iştah açıcı, həzmi asanlaşdırıcı, mədə xəstəliklərində və xüsusən də mədə ağrılarının aradan qaldırılması üçün istifadə edildiyini qeyd etmişdir. Damla saqqızı elmi adı pistasya lentiskus varietekia olan ağacın gövdələrinə açılan yaralardan axıb quruyan maddədir. Bu ağac Egey dənizi  ətrafında yetişməklə birlikdə xüsusən də burda yerləşən Saqqız adasında yetişdirilərək saqqız istehsalında istifadə edilir. Uzun müddət saqqız ticarəti ilə məşğul olan bu ada Qanuni tərəfindən 1556-cı ildə fəth edildikdən sonra Osmanlı bu ağacı yetişdirən 21 ailəni himayəsinə almışdır. Saqqızın xoş ətrin onun cəmi 1-2%-ni əmələ gətirən uçucu yağa borcludur. Bu uçucu yağda alfa-pinen və nirsen adlanan maddələr yüksək miqdarda olduğu üçün ətrin yaranmasına səbəb olur. Qatı tərkibini isə müxtəlif quruluşa malik triterpenlərin  qarışığı meydana gətirir. 1996-2005-ci illər arasında aparılan elmi tədqiqatlar zamanı saqqınızın bakteriyaların çoxalmasının qarşısını aldığı müşahidə edilmişdir.1996-2005-ci illərdə edilən müxtəlif araşdırmalarda saqqızın bakteriyaların çoxalmasını dayandırma təsirinin mövcud olduğu müəyyən edilmişdir. Mədə və duodemum xorasi müalicəsində faydalı olabiləcəyini göstərən ilk araşdırmalar 1984-1986-ci illərdə, daha sonra 2000-ci illərdə xoranın ən əhəmiyyətli faktoru olan helikobakter pilorinin artımını dayandırdığı və peptik xorada təsirli olduğunu araşdırmalarda görürük. Hamımızın müəllimi və professor Turhan Baytop 1967-ci ilin mart-dekabr aylarında Çeşmə ətrafında bir elmi gəzinti edir və Çeşmədə Çiftlikköyü yaxınlarında çox yaşlı saqqız ağaclarının olduğunu  müəyyən edir. Bu təsbitlərini 1968-ci ildə Türkiyədə saqqız əldə etmək imkanları adlı bir məqalə ilə nəşr edir. Bu çalışmada saqqız ağacı ilə əlaqəli elmi məlumatlar, bu ağacdan əldə edilən saqqızın analizləri və bazarda olan saqqız adası mənşəli saqqız ilə müqayisələri verilmişdir və çalışmanın sonunda hər iki saqqız arasında vacib faktorların olmadığı müəyyən edilmişdir. Bu çalışmada professor Turhan Baytop həmçinin 1967-ci ildə Çiftlikköyündəki bir fermerin bölgədə olan saqqız ağaclarından əldə etdiyi budaqlarla calaq metoddan istifadə edərək etdiyi bir sınaq istehsalından bəhs edir və bunun uğurla həyata keçirildiyini bildirir. Professor Baytop öz nəşrində bölgədə saqqız ağacı yetişdirmək ilə hər il o illərdə 4-5 tona yaxın idxal edilən saqqız ehtiyacının qarşılanmasıyla ixrac imkanlarının da ola biləcəyini bildirir. Bu araşdırma saqqız haqqında Türkiyədə edilən ilk nəşrdir. Damla saqqızını nadir edən fakorlardan biridə ağacının yetişdirilməsində olan çətinliyidir. Davamlı əmək və səbr istəyən saqqız ağacının yetişdirmə sahələri günümüzdə böyük təhlükə altındadır. Ancaq son zamanlarda bununla əlaqəli edilən çalışmalar birazda olsun bizə ümid verir. Doktor Murad İsfəndiyar oğlunun rəhbərliyi altında edilən çalışmalar Egeyin saqqız ağaclarının gələcəkdə inkişaflı olduğunu göstərir. Saqqız ağacı botanik bitki olaraq nəzərdən keçirildiyində sumaxgillər ailəsinə daxil olan bitkidir, ona qohum olan bitkilər içində əhəmiyyətli iqtisadi növlərdən olan Antep fıstığı ilk olaraq gəlir. Bununla yanaşı Çelenbiz adlanan Anadoluda çox məşhur olan bir bitki növü, başqa biri isə Menengiç adlanan xüsusilə cənub şərqi Anadoluda qəhvəsi hazırlanılan və çox tez istehlak edilən bitkidir. Saqqız ağacı saydığımız üç növdən fərqli olaraq yarpaqlarını tökməyən yəni həmişəyaşıl bitkidir. Pratik cəhətdən həqiqi dediyimiz saqqız ağacının yarpaqlarını əzib qoxlasaq kəskin bir saqqız uçucu yağ qoxusu alarıq. Təbiətdəki hər hansı bir saqqız bitkisinin yarpaqlarını alıb əzib qoxladığımızda isə ot qoxusu alarsınız. Saqqız ağacı iki cinsli bir bitkidir, yəni erkək və dişi cinsli bitkilər ayrı-ayrıdır. Amma damla saqqızı istehsalı ancaq erkək cinsli bitkilərdən yetişdirilməkdədir. Dişi cinsli bitkilər yazda açıq qırmızı rəngdə, payızda isə tünd qara rəngdəki kiçik meyvələri ilə erkək cinsli bitkilərdən fərqləndirilirlər. Ancaq saqqız şirəsinin istehsalı yüzilliklər ərzində yalnız erkək cinsli bitkilərdən edilmişdir. Damla saqqızı dediyimiz maddə bir bitki mənşəli qarışım içində çoxlu sayda uçucu yağ komponentlərini özündə toplayır. Saqqızın həm şirəsi, həm də içindən çəkilib alınan uçucu yağı istifadə edilir. Bitki mənşəli şirələr məlum olduğu qədər bitkilərin kənardan məruz qaldıqları həşarat və ya oxşar zərər verənlərə qarşı müdafiə mexanizması olaraq meydana gəlir. Saqqız ağacının gövdəsində və qollarında qabığın altında şirə kanalları var. Həmin şirə kanallarda toplanır. Siz budaq və ya ağacı yaraladıqda şirə sərbəst qalır və çölə axmağa başlayır. Şirə axışı ilə hava tempuraturunun bir birilə müəyyən əlaqəsi vardır ki, hava nə qədər isti olarsa şirə axışıda o qədər sürətli olur. Daha sonra bu şirə hava axını və küləyin təsirindən özündəki uçucu yağını itirərək quruyub sərtləşir və ondan sonra damla saqqızı istifadəyə uyğun hala gəlir. 1994-cü ildə İzmir I nömrəli Mədəniyyət və Təbiət Varlıqları Qoruma qurumuna müraciət edərək müəyyən miqdarda saqqız ağacını qorumağa başladıq, çünkü saqqız ağacında əlimizdəki mövcud genetik qaynağı itirmək təhlükəsi ilə qarşılaşmışdıq. Bu yolla ağacları qoruma altına aldırdıq. Hal hazırda bu ağaclar ən azından itirilmə təhlükəsində deyil. Bundan başqa Çiftlik köydə, İlıcada universitetdə yetişdirdiyimiz fidanlarla xüsusilə araşdırma və sınaq məqsədli yeni saqqız ağacları olan sahələr quraraq mövcud növün qorunmasını birazda qarantiyə almış olduq. Türkiyədə saqqız ağacı yetişdirilməsini inkişaf etdirmək üçün ilk olaraq saqqız ağacına uzun müddətli dövlət dəstəyinin verilməsi vacibdir. Bundan əlavə alternativ sahələrin müəyyən edilməsi lazımdır. Bugün üçün saqqız ağacı yetişdirilməsinə ən uyğun olan Çeşmədə ərazi qiymətləri çox yüksək səviyyədədir. Bu qiymətlərdəki sahələrdə saqqız ağacı yetişdirmək heç mümkün deyil. Bundan başqa istehsalçının və ya bu işə investisiya qoyacaq olan şəxsin məlumatlandırılması lazım. Fidan istehsalı problemi varki bəzi qurumların fidan istehsalı üçün səlahiyət vermək lazımdır deyə düşünürəm. Saqqız ağacına investisiyanın geri qayıtması çox uzun olan bir bitkidir. Bununla yanaşı ağacı yetişdirmək olduqca əziyyətlidir, əmək sərf etmək mütləkdir. Günümüzdə saqqız ağacı yetişdirən bölgələrdəki istehsalçı xüsusilə Çeşmə yarımadasında faydanın alınması daha tez müddətdə olduğu üçün zeytun və bu növ bitkilərə istiqamətlidirlər. Bundan əlavə xüsusilə bölgədəki məşhur turizm aktivitələri və yazlıq evlərə istiqamətli istirahət saqqız ağacı kimi bitki növlərinin yetişdirmə sahələrinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Dünyada saqqız ağaclarının ən verimli olduğu bölgələrdən biri Çeşmə bölgəsidir, və bu bölgədə ağac sayını artırmaq üçün böyük çalışmalar davam edir. Çeşmə kənd təsərrüfatı rəhbərliyində çalışan Ziraat mühəndisi Ahmet Keçici Alaçatı da ənəvi yöntəmlərlə saqqız ağacını artırmaq mövzusunda önəmli çalışmalar həyata keçirir. Bu çalışmaların məqsədi isə ağacların verimliliyini qaranti altına almaqdır. Çeşmə bölgəsində saqqız ağacları olduqca azdır, yerləşmə sahələri çoxalmağa başladıqca əldə olanların qorunması vacib olduğu düşünülür. Çeşmədə saqqız ağacları 4 nöqtədə qorunma altına alındı. Bunlardan ən böyüyü Alaçatı bələdiyyəsinə aid saqqızlıqdır. Təxmini 125 ədəd saqqız ağacı var.Bunların ətrafı tellərlə bağlandı. Giriş və çıxışa qadağa qoyuldu, sulaması, gübrələnməsi, baxımı və hər növ ehtiyacları təmin edildi. Qorunmasının səbəbi insanların istədiyi kimi istifadə etməsi, sərbəstcə kəsməsi, dolayısı ilə mövcud ağacları da yox etmələrinə qarşı almış olunan bir önləmdir. Saqqız ağacının ən verimli dövrü  10 yaşı ilə 70 yaşı arasıdır. Və düzənli olaraq baxıldığı zaman hər il 1 və ya 1,5 kq saqqız əldə etmək olar. Saqqız adasında ənənəvi olaraq 2 metodla saqqız ağacı istehsal edilir. Bunlardan birincisi, “calaq” metodu, yəni ana bitkidən bitkinin budağını ayırmadan o budağı bir tüpə və çini qaba və ya plastik bidona keçirərək, düzənli olaraq sulama zamanı təxmini 1 il zaman zərfində yeni bir fidan əldə etmiş olunur. İkinci metod “odun çəliyi” dediyimiz təxmini 20-30 sm boyunda köhnə budaq (2 illik və ya daha yaşlı budaq olması vacibdir, çünki onların sinir ucları var) götürürük. Bu budaqları 20-40 sm düzbucaqlı şəklində çuxura 2 ədəd olacaq şəkildə əkirik. Bunların üzərinə daha tez köklənməsini həyata keçirmək üçün torf səpirik. Və çuxurumuzu bağlayırıq. Təxmini 2-3 ay ərzində fidanımızın yaşıllaşdığını görəcəyik. Adada da bu şəkildə tətbiq edilir. Bu iki metodun xaricində “toxuma mədəniyyəti” və “peyvənd” metodlarından da istifadə edilir. Ün Yede Orhon Güven saqqız ağacını aid olduğu torpaqlarda deyil, öz məmləkətində yetişdirmək üzərə uzun sürəli araşdırmalar etmişdir. Və son dərəcə detallı bir çalışma ilə bu ağaclar üçün lazımlı mühiti əldə etmişdir. Ərazisində peyvənd çalışmaları edən Güvənin ən böyük hədəfi isə yabani saqqız peyvəndi ilə mədəni saqqız istehsal etməkdir.

Orhon Güven: “Saqqız ağacı ilə tanışmamız Ali Nihat bəyin istəyi üzərinə oldu. Məndən bu işə əl atmamı və onlara faydalı olmamı istədi. Məni İzmirə yolladı. İzmirdə Mahir bəylə tanıştım. O məni aldı, yüksək texnoloji sahəsindəki saqqızlarına loru dildə desək, dəli saqqızların üzərinə ağıllı saqqızları peyvəndlə başladım. Bu peyvəndləri edib öz məmləkətimə gəldim.  Avqustda nəzarətə getdiyimdə saqqızların heç birinin tutmadığını gördüm. Anladım ki, baxım çok önəmlidir və orada da ağaclara qulluq edəcək, nəzarət edəcək və bu peyvəndin necə edildiyini biləcək kimsə yoxdur. Ona görə də oradan öz findalığıma gətirib, peyvəndləyib, qulluğunu, nəzarətini özüm edəcəyimə qərar verdim. Ona görə oradan torpaq nümunəsi aldım, metodologiyasını öyrəndim. Gördüm ki, mənim məmləkətim ilə çox uyğundur. Burda çalışmaya başladım. Mənim fidanlığımın olduğu yerdə təbiət çox tez oyanır. Mən onu Manulya ağaclarının erkən çiçək açmasından anlıyıram. Bu mənə böyük ilham oldu və mən saqqızı burda istehsal etməyə qərar verdim. Bura əslində 70 hektar ərazinin 6 hektarında fidanlıq edirəm. Ünyedə Çeşmədən bir qədər fərqlidir. Biz peyvəndləmənin ilk ilində doğru metodunun “kablama” peyvəndləmə olduğunu anladıq və ona görə sistem uyğuladıq. Bu metodun çox müvəffəq olduğunu gördük. Nəticə olaraq bunları aparıb Çeşmədə böyük sahələrdə tətbiq edəcəm və xalq istədiyi qədər fidan ala biləcək. Yəni 15 ildə həyata keçirilən bir iş 3-4 ildə həyata keçəcək”.

Bu çalışmalarında ölkəsinə olan dərin sevgisi və yaşadığı torpaqlara bir şəkildə qatqıda bulunmaq istəyi güc vermiş Orhon Güvənə.Güvən əlindəki mövcud imkanları bu yolda səfərbər etmişdir, həmdə heç bir gözləntisi olmadan. “Mən Orduluyam, amma Çeşmənin işini həvəslə vətənimin işi olduğu üçün edirəm. Bu mənə böyük sevinc  verir.  Bir gözləntim yoxdur, böyük bir gözləntim yoxdur”.

Saqqız ağacı olduqca güclü bir ağacdır, əsasən də torpağın verimi az olan, məsələn kirəcli, qumlu, bundan başqa duzlu şəraitdə belə olduqca dayanıqlıdır. Bunun belə olması təbii ki, saqqızda belə bir xüsusiyyəti ortaya çıxarır; qoxusu və ətri ən üst səviyyəyə çıxır. Eynilə Saqqız adasına baxdığımız zaman əsasəndə adanın cənub tərəfinin təbiəti Çeşmədəki təbiət ilə demək olar ki, eynidir, bununla da həm Saqqız adasındakı , həm də Çeşmədəki qoxu və ətir olduqca yüksəkdir. Bu ona səlahiyyət verir ki, yediyimiz pudingin və ya içdiyimiz qəhvənin, yediyimiz dondurmanın saqqızının qoxusu və ətrini çox güclü şəkildə hiss etməyimizə səbəb olur.

“Köhnənin həkimləri əsərlərində dərman tərkiblərində saqqıza yer veriblər. Hal-hazırda əsasən geniş yayılmış istifadə sahələri dondurma və şirniyyat sənayesində, içkilərin ətirləndirilməsində, xüsusən dəsaqqız “rikuri” və saqqız “arağı” emalatında, bundan başqa yunan mətbəxində bir çox yeməyin içində, ət yeməklərində belə damla saqqızından istifadə olduğunu bilirik. Bundan başqa, kosmetika sahəsində də geniş istifadə imkanları var, çünki saqqızın uçucu yağı həm dərini regenerasiyaedici, dərini qidalandırıcı və xüsusən də günəş şüalarının zərərli təsirlərinin qarşısınalmaq xüsusiyyətlərinə malikdir.

Bundan başqa bəzi spesifik istifadə sahələri var; məsələn cərrahiyyədə cərrahi iplərin ya da yaraları tikən iplərin hazırlanmasından istifadə olunduğunu bilirik. Bu arada saqqızlı qəhvəni də unutmayaq. Son zamanlarda çox məhşurlaşıb”.

Ölkəmizdə uyğun şərait yaradıldığında, saqqızın vacib bir gəlir sahəsi olacağı aydındır, eyniylə Saqqız adasında olduğu kimi. İzmirdə yaşayan biznesmen Spiridione Sergio Saqqız adasını tez-tez ziyarət edir. Sergio Türkiyəyə saqqız məhsullarının sağlıqlı yollarla girişini təmin edən bir idxalatçıdır.

“Bizim tanışmağımız 1980-cı illərə dayanır, amma bu bir dostluq mərhələsi idi. Daha sonra Yunanıstan Avropa birliyinə girdikdən sonra Avropa birliyi damla saqqızı kimi vacib bir məhsulu distribütorlar vasitəsilə hər ölkəyə paylanmasını uyğun gördü,  bunu təklif etdi. Növbə Türkiyəyə gəldikdə isə bu hadisə Nikonun qulağına çatdı. Birdən-birə bu şəkildə bir ortaqlıq başladı. Birinci ili əməlli başlı çətinliklərimiz oldu, 300 kq damla saqqızı ilə başladıq, çox mücadiləmiz oldu, amma çətin mərhələni keçdik.

Saqqız adasının mərkəzi xaric 52-i kəndi var. Bu 52 kənddən damla saqqızı yalnız adanın cənub-qərbindəki  12-13 kəndində mövcuddur. Ən keyfiyyətli damla saqqızı ən cənub, dənizə baxan tərəfindəki Menitadır, keyfiyyətləri də dənizə yaxınlığı ilə eyni mütənasiblikdə artır, çünki dəniz küləyini, cənub küləyini soyuq şəkildə alması lazımdır. Damla saqqızında torpaq quruluşu da vacibdir”.

Keçmişi sivilizasiya tarixi qədər qədim olan saqqız ağacının biçin vaxtıdır isti yay ayları. Göz alıcı aydınlıqda olan saqqız damlaları avqust ayınının sonlarında ağac altlarından yığılır və bir sonrakı mərhələyə hazırlanır. Bu müddətdə adanın küçələrində, qabı önlərində və dəniz kənarında saqqızın təmizlənməsi prosesini görmək mümkündür. Saqqız yad maddələrdən təmizlənir və qayğı ilə durulanıb qurudulur. Artıq bu təbiətin insanına şəfa, hüzur,ləzzət və dolanışıq qaynağı olaraq xidmət verməyə hazırdır.

“Bu dəniz suyu ilə yuma dəniz suyu duzlu olduğu üçün daha yüngül olan damla saqqızını daha üstə tutur. Və üstünə bir də mərmər tozu da qatırlar ki, kirliliyi daha tez aşağı alsın. Lakın bu təmizləmə mərhələsi 3-4 dəfə davam edir, səbəbi də ilk dəfə daha az mərmər tozu qatırlar ki, təmiz damla saqqızı yuxarıda qalsın, ilk təmizini almış olurlar. Daha çox mərmər tozu qatdıqlarında bu dəfə o kirlilər də dibdə qalırlar. Onları ikinci keyfiyyətdə məhsul olaraq alırlar. Ən son üçüncü məhsul qalır ki, o da saqqız yağı emalatı kimi yerlərdəistifadə edilir. Yəni, təkrar-təkrar yumalarının səbəbi də bunu  3 parti halında almalarıdır.

Damla saqqızının da öz aralarında ayrı-ayrı boyları var. Kiçik boylarda olanlar ilk göz yaşı olan damla saqqızıdır. Onlar daha bahalı olurlar. Çünki o havayla daha çox təmas etdiyi üçün suyunu itirir və itirdiyi su mütənasiblikdə də ətri daha çox olur. Digərləri orta ya da böyük olanlar isə eyni keyfiyyətdə damla saqqızlarıdır. Ələkdən keçər və tavada döyülərək istifadə edilir və tavada döyülmələri asan olsun deyə orta olanlar seçilirlər. İstifadə məqsədlərinə görə fabriklərdə qaynadaraq, əritərək istifadə edənlər daha ucuz olduğu üçün böyükləri seçərlər.

Damla saqqızından sonra Saqqız adasının digər məhsullarına da daxil olmağa başladıq. Damla saqqızı mürəbbələri, kosmetika məhsulları -bu tip məhsullara daxil olduqdan sonra Türkiyədə özümüz emal etməyə başladıq. Damla saqqızının lokumundan tutmuş, qəhvəsi, halvası deyərkən kosmetika məhsullarına, sabunlara daxil olduq. Beleliklə, məhsullar çoxaldıqca damla saqqızının satışı da artmağa başladı. Əvvəlki  300 kq-lar 10 tonlara qədər artdı. Bunların daxilində fabrikləri ola bilər, istehsalçı kəsim ola bilər, topdan satıcıları var,pərakəndəçiləri var, şiriniyyatçı qrupu var, ədviyyatçı qrupu var, yəni əhatə dairəsi çox genişdir. Daxil ola bilmədiyimiz çox sahə var, son alınan qərarlarla bu təbi məhsulların apteklərdə satılması planlaşdırılır. O sahə də gələcəkdə açılacaq. Koperativ bəzi malları analizdən keçirdikdən sonra qəbul etmirlər. Daha çox məhsul almaq üçün bunların kökünə gübrəverilir, təmizlik mərhələsindədə toksid istifadə edirlər. Bu məhsul onsuz da koperativə daxil ola bilmir.

Saqqız istehlakının son illərdə artdığıını söyləmək mümkündür. Türklər saqqız adası ilə həmişə əlaqəli olublar. Amma təəssüflər olsun ki bazarda rəqib məhsul kateqoriyası altında çox keyfiyyətsiz məhsullar istehlakçılara təqdim edilir. Damla saqqızı əsrlər boyunca müxtəlif mətbəxlərdə də öz yerini almışdır. Saqqız adasındakı məşhur aşbaz Geny Linos müştərilərə təklif etdiyi bir çox dadlı yeməyə saqqız əlavə etdiyini bildirib. Saqqız adası Türk və Yunan mədəniyyətini birləşdirən ortaq dəyərlərdən biridir.

Səkinə Aydın

906dəfə baxılıb.