Şirkətlər əslində “lean”olmadıqları təqdirdə niyə özlərini belə hesab edirlər?

Deyək ki, tək-parçalı axış hüceyrələri meydana gətirmə mövzsunda bir kitab aldınız, bir kursa yazıldınız ya da bir yalın məsləhətçisi tutdunuz. Bir prosesi ələ alıb yalın yaxşılaşdırma layihəsi yaradırsınız. Prosesi nəzər saldıqda kifayət qədər “muda” və ya “israf” müəyyən edirsiniz. (Toyota vaxt aparmasına baxmayaraq müştəri üçün bir dəyər qatmayan hər şey üçün bu termini işlədir) Prosesləriniz qeyri-kafi təşkil edilmişdir, məkanınız səliqəsiz, darmadağındır. Ətrafı təmizləyir, axış prosesini qaydasına qoyursunuz. Hər şey getdikcə daha sürətlə axmağa başlayır. Proses üzərində daha yaxşı bir kontrol həyata keçirirsiniz. Hətta keyfiyyət belə yüksəlir. Bu sizi həyəcanlandırır və eynisini müəssisənizin digər qisimlərində də tətbiq etməyə niyyətlənirsiniz. Burda çətin olan nədir?

Yalın üsulları ən üst səviyyədə tətbiq etmək iddiasında olan yüzlərlə müəssisə görə bilərsiniz. Dərhal qarşınıza yalın layihələri ilə çıxacaqlar. Ancaq Toyotanı dərindən tədqiq etdikdən sonra görəcəksiniz ki, Toyota və digər özünü yalın hesab edən şirkətləri müqayisə etsək, bu şirkətlərin Toyotanın yanında gözlə görülə biləcək qədər geridə olduğunu müşahidə edərik. Toyotanın hazırki mövqeyinə çatması ona on illər ərzində yalın mədəniyyət yaratma prosesi bahasına başa gəlmişdir və onlar özlərini indi də bu mədəniyyəti öyrənmə mərhələsində görürlər. Toyota və ən yaxın tədarükçüləri xaricində nə qədər firma yalınlıq mövzusunda A ya da B+ ala bilərlər görəsən? Dəqiq bir rəqəm söyləmək mümkün deyil, ancaq bu göstəricinin yüzdə birdən də aşağı olduğu dəqiqdir.

Toyotanın idarəetmə fəlsəfəsinə dayanan yalın düşüncə daha dərin və əhatəli transformasiyanı ehtiva edir. Şirkətlər özlərində həvəs oyatmaq üçün bu bu cür yalınlaşma prosesinə 1 ya da 2 layihə ilə başlaya bilərlər.

Problem budur: bəlli bir yalın vasitələr qrupunu “yalın düşüncə” ilə qarışdırırlar…

Təbriz Bəkirov

286dəfə baxılıb.