Toyota Boshoku Türkiyə zavodunda məhsuldarlığı iki qat artıran layihə

Toyota Boshoku Türkiyə zavodunda (TBT), avtomobillər üçün qapı panelləri, ön hissənin paneli kimi görünüş və keyfiyyət  baxımından olduqca yüksək standartlara malik, avtomobil daxili ehtiyat hissələri üçün plastik injeksiya məhsulları istehsal edilir. Bu ehtiyat hissələrinin üzərində meydana gələn hərhansı bir gözlə görülə bilən xəta, keyfiyyət problemi və s. defekt maliyyəti şəklində TBT-yə geri qayıdır. TBT-də istehsal edilən və gözlə görülə bilən keyfiyyət tələblərinin yüksək olmasına baxmayaraq  qapı panelleri, ön panel, oturacaqların plastik hissələri və s. kimi plastik injeksiya prosesindən keçən ehtiyat hissələrinin səthlərində axış izi, injektor izi, birləşmə izi, şəffaf buludlanma (white cloud), çökmə, parlaqlıq fərqi kimi arzu edilməyən, gözlə görülə bilən xətalar müşahidə edilirdi.

Layihənin nəticəsində, Toyota Boshoku Globalda Touch-up boyasının istifadəsi zamanı ortaya çıxan problemlər ehtiyat hissələrinin istehsalı, qəlib və proses dizaynları mərhələsində mühəndislik fəaliyyətləri ilə aradan qaldırılmış və Touch-up boya tətbiqinə ehtiyac qalmayan plastik injeksiya məhsulları əldə edilmişdir. Əvvəlcə ərimiş plastik materialların bəzəkli qəliblərə təması əsnasındakı davranışı doldurma, tutma, soyuma və qəlibdən xaric olunma kimi fərqli proses adımları üçün mikro səviyyədə incələnmişdir. Dizaynların təkmilləşdirmə çalışmalarında yeni dizaynların tipi, dizayn aralığı, parlaqlıq aralığı və materialın qalınlığı kimi dizayn kriteriyaları optimallaşdırılmışdır. Qəlib dizaynında isə yolluq sistemləri, parça doldurma injektoru (nozzle) sayıları, mürəkkəb formaları və qəlib daxili homogen istiliyin paylanması üçün CAE analizləri edilərək qəlib dizaynı əldə edilmişdir. Proses çalışmalarının tərkibində isə axış sırası, injeksiyanın sürəti, plastik materialın ərimə temperaturu, tutma təzyiqi və soyuma müddəti parametrləri üzərində optimizasiyalar həyata keçirilmişdir. Layihənin yekununda əldə edilən parça, qəlib və proses dizaynının kriteriyaları qeyd edilərək yeni ehtiyat hissələrinə də tətbiq edilməsi məqsədilə standardlaşdırılmışdır. Nəticə etibarilə Toyota C-HR modelinə məxsus plastik injeksiya qapı paneli seti üçün istehsal edilən parça, qəlib ve proses dizaynlarının təkmilləşdirilməsi fəaliyyətləri ilə bütün gözlə görülə bilən xətaların qarşısı alınmış və Touchup prosesi ləğv edilərək 100 %-lik məhsuldarlıq əldə edilmişdir. Layihənin illik qazancı 1.5 milyon avro dəyərində olmaqla yanaşı həmçinin, aşağıdakı qazanclar da əldə edilmişdir: – Dünyada (Toyota Boshoku Globalda) ilk dəfə Touch-up prosesinin ləğvi ilə 100 %-lik məhsuldarlıq artırılmışdır.

– Material və işçilik xərcilərində set başına 8% qazanc əldə edilmişdir.
– Gözlə görülə bilən keyfiyyət xətaları və təmirlər 100% ortadan qaldırılaraq yararsız məhsul xərci və tullantıların ətraf mühitə olan mənfi təsiri aradan qaldırılmışdır.
– Prosesin ləğvi ilə zavod daxili əraziyə (lay-out) qənaət edilmişdir.
– Kimyəvi əsaslı boya və tiner istifadəsinin ləğvi ilə işçilərin sağlamlığı və ətraf mühitə olan mənfi təsiri aradan qaldırılmışdır.
– Xaricdən tədarük edilən xüsusi kimyəvi boyanın ləğvi nəticəsində xarici bazardan asılılıq tamamən ordadan qalxmışdır.

Layihə Türkiyənin Elm, Sənaye və Texnologiylar Nazirliyi tərəfindən yüksək səviyyədə qiymətləndirilərək Böyük Miqyaslı Müəssisələrdə Proseslərin İnkişafı nominasiyası üzrə ikinci yerə layiq görülərək mükafatlandırılmışdır.

879dəfə baxılıb.