“Dördlü model” və bir çox şirkətlərin hazırda olduğu mərhələ

Fəlsəfə (Uzunmüddətli düşünmək)

  •  İdarəetmə qərarlarını qısamüddətli maliyyə hədəfləri bahasına olsa belə, uzunmüddətli bir fəlsəfəyə söykəndirin

Proses (İsrafa son qoymaq)

  • Problemləri aşkara çıxarmaq üçün proses “axışı” yaradın
  •  Əlavə istehsaldan yaxa qurtarmaq üçün xəbərdaredici sistemlərdən istifadə edin
  •  İş yükünüzü nizamlayın (Heijunko)
  •  Keyfiyyətlə bağlı hər hansı bir problemlə rastlaşdığınız anda durun (Jidoko)
  •  Davamlı yaxşılaşdırma üçün tapşırıqları standartlaşdırın
  • Heç bir problemin gizli qalmaması üçün vizual olaraq nəzarət edin
  •  Ancaq güclü şəkildə test edilmiş etibarlı texnologiyadan istifadə edin

İnsanlar və Partnyorlar (Onlara hörmət etmək, məcbur etmək və inkişaf etdirmək)

  •  Fəlsəfənizi yaşayan liderlər yetişdirin
  •  İşçilərinizə və komanda üzvlərinə hörmət edin, onları öz üzərilərində işləməyə məcbur edin və bununla da onları inkişaf etdirin
  •  Tədarükçülərinizə hörmət edin, onları da inkişaf etməyə məcbur edin və ehtiyac olduqca onlara dəstək olun

Problem həll etmə (Davamlı yaxşılaşdırma və Öyrənmək)

  •  Kaizen yolu ilə mütəmadi olaraq öyrənin
  •  Vəziyyəti tam olaraq başa düşmək üçün gedib öz gözlərinizlə görün (Genchi Genbutsu)
  •  Qərarlarınızı tələsmədən, səbrlə və bütün variantları dərindən təhlil edərək verin və verdiyiniz qərarı sürətli bir şəkildə tətbiq edin

Təbriz Bəkirov

290dəfə baxılıb.