Üçölçülü çapetmə (3D Printing)

Bəlkə də gələcəkdə gündəlik həyatımızda işlədilən bir çox əşyaları ev şəraitində üçölçülü çapetmə maşınıyla istehsal edəcəyik. Son zamanlar bu üsulla istehsal oluna bilən məhsulların sayı sürətlə artır.

Əslində üçölçülü istehsal prosesi çox sadədir. İlkin olaraq çap olunacaq məhsulun CAD (Computer-Aided Design Kompüter dəstəkli layihələndirmə) proqramı vasitəsiylə dizaynı hazırlanır. Daha sonra həmin dizayn üçölçülü çapetmə maşınına yükələnir. Maşın isə öz növbəsində kiçik zərrəciklər vasitəsiylə məhsulu qat-qat çap etməyə başlayır. Bu yolla çox mürəkkəb quruluşa malik olan məhsulları daha sürətli və ucuz istehsal etmək olur.

Üçölçülü çapetməni ənənəvi emal üsullarından fərqləndirən əsas cəhət onun sıfırdan başlayaraq məhsulu istehsal edə bilmə qabiliyyətidir. Ənənəvi üsullarla istehsal olunduqda başlanğıc məhsul kəsilir, deşilir və s. bu kimi istfadə oluna bilinməyən qalıqlara ayrılır. Məsələn, 100 kq metaldan bəzən ancaq 50-60 kq məhsul istehsal etmək olur, qalıq meteal isə tullantı olur. Üçölçülü çapetməni vasitsiylə isə 100%-lik istifadə əldə etmək olur. Çünki maşın birbaşa daxil etdiyimiz modeli ən kiçik zərrəciklərindən başlayaraq qat-qat istehsal etməyə başlayır.

Digər üstünlük isə bu maşınların çox elastik ayarlara sahib olmasındadır. CAD-la çəkilmiş istənilən fiqur bu maşınlarda birbaşa çap oluna bilər. Ancaq ənənəvi maşınlar isə hər yeni məhsul üçün müxtəlif ayarlar, yeni alətlər tələb edir. Beləliklə, proses daha uzun və baha başa gəlir.

Üçölçülü çapetmə maşınları 2000-cı illərdən bəri mövcuddur, amma çox baha olduğu üçün sənayedə geniş istifadə olunmurdu. Ancaq son illərdə qiymətlərin əhəmiyyətli dərəcə düşdüyü üçün bir çox şirkətlər onların istifadəsinə başlayıb. Xüsusiylə, araşdırma aparan və çoxlu prototiplər hazırlayan şirkətlər üçün bu cihaz əvəzolunmaz rahatlıq yaradır.

Bu maşınların ən çox zərgərlik, ayaqqabı, sənaye dizaynı, memarlıq, inşaat, mühəndislik, avtomobil, aerokosmik, stomatoloji və tibbi sənaye, təhsil və s. kimi sahələrdə  istifadə olunur.

Növbəti məqqalədə bu səhələrdən üçölçülü çapetmə maşınlarıyla hazırlanmış məhsuları təqdim edəcəyik. Hələlik isə, bu maşınların necə çalışdığı aşağıdakı videodan görə bilərsiniz.

 

 

907dəfə baxılıb.