Toyotadan Maraqlı, Sosial Layihə

New York şəhərindəki The Food Bank ölkənin ən böyük aclıq əleyhinə könüllü quruluşu olaraq ildə təxmini 1,5 milyon insanı qida ilə təmin edir. Toyotaya yaxın firmalarından biri bu dəstəyi fərqli istiqamətdə  təklif edir: pul əvəzinə Kayzen.

The Food Bankın paylama mərkəzinin direktoru Darly Foriest layihənin özünü doğrultmayacağını düşünərək: “onlar avtomobil istehsal edir, mən isə bir mətbəx idarə edirəm” deyir. Toyota israrla problemlərinin həllində onlara köməklik göstərəcəyini bildirdikdə isə Food Bank qarşılaşdıqları ən aşkar olan problemin yemək yemək üçün gözləyən insanların növbəsi çox uzun olmasını bildirərək bu bu prosesin optimallaşdırmalarını xahiş edir.

Toyotanın  mühəndisləri hazırladıqları kayzen ilə üç addımda 1,5 saat olan gözləmə müddətini 18 dəqiqəyə qədər azalda bilirlər. İlk olaraq 50 nəfərlik gözləmə zalında növbə gözləyən müştəriləri gözləyənləri qrup şəklində qəbul etmək əvəzinə hər bir stol boşaldığında növbədə gözləyəni  istiqamətləndirirlər. Gözləmə zalını boşqabların alındığı yerə yaxınlaşdırmalqla yanaşı və gözləyən insanları boşalan yerə dərhal istiqamətləndirmək üçün də bir işçi təyin ediblər. Müddət xeyli qısaldığı üçün daha çox insana xidmət etmə imkanı yaranmışdır.

Bunu həmçinin anbarlarda da tətbiq ediblər.İnsanların qida anbarlarında sərf etdikləri müddət taxıl, meyvə, tərəvəz və proteyin sahələrinin rəng kodları ilə fərqləndirilməsiylə xeyli müddət azaldılmışdır. Ayrıca qutulardakı boş yerlər hesablanaraq qutuların ölçüsü kiçildilmişdir. Beləliklə hər bir yük maşınının daha çox qutu alması təmin edilmişdir.

Bu müəffəqiyyətlərin ardınca The Food Bank Tayotadan Bronxdakı anbarını nəzarətə götürməsini, yer istifadəsi, paylama marşrutları üçün problemləri optimallaşdırmağı planlıyır.

The Food Bankın direktoru Margarette Purvis belə qeyri-adi əməkdaşlıqdan sonra bu fikri bildirmişdir: “Ehtiyacımızın bir qrup mühəndis olduğunu heç düşünməmişdim. Bizim dünyamızda qida  kraldır. Amma kraliçanın kayzen olduğunu bilmirdik.”

 

http://www.nytimes.com

1794dəfə baxılıb.