Damardan qan analizi alan robot

ABŞ-da qurulan yeni start-up şirkət damardan alınan qan analizini avtomatlaşdırmaq fikrindədir. Veebot adlanan robot infraqırmızı işıq və ultrasonografiya vasitəsiylə uyğun damarı tapıb, robota bərkidilmiş iynəylə oradan qan analizi götürə biləcək.

İnfraqırmızı işıq insanın qolunu kameraya əks etdirir, proqram əvvəlcədən yüklənmiş ən optimal damar şəkilləriylə qoldakı damarların müqayisəsini aparır və ən münasib damarı hədəf seçir. Sonra ultrasonografiya vasitəsiylə hədəf damardakı qan dövranının həcmini yoxlayır ki, lazımı miqdarda qan alına biləcəyinə əmin olsun.

Ən sonda, robot uyğun bucağı seçir və iynəni damara daxil edir. Bütün bu proses maximum 1 dəqiqə çəkir.

Hal-hazırda Veebot qan alma analizini 83% dəqiqliklə yerinə yetirir. Bu da illərlə təcrübəsi olan tibb bacılarının göstərdiyi nəticəylə eynidir.  Şirkət bu ehtimalı daha da artıraraq 90% çatdırmaq və sonra kliniki testlərə başlamaq istəyir.

Ancaq ABŞ-da 1 il ərzində milyardlarla damardan qan analizi alınır. Bu da təxmini 8 milyard ABŞ dolları dəyərində marketdir. Ancaq hələlik şirkət bu robotu daha da inkişaf etdirməli və xəstəxanalarda istifadə edə bilmək üçün xüsusi icazələr almalıdır. Ən maraqlı məqam isə, onsuz da bir çoxlarımız qorxduğu damar qan analizinin kiçik bir robota həvalə olunması olacaq.

 

1721dəfə baxılıb.