Sənayenilənmə

Sənayenilənmə romanı, sənayenin yenilənməsi, inkişaf etməsi mənasına gəlməkdədir. İstehsal həcmi getdikcə azalan və batmaqda olan bir müəssisənin yenidən dirçəlişini, hətta dünya səviyyəsində bir şirkət halına necə gəldiyini izah edən, doğma dilimizdə yazılan ilk və tək sənaye romanıdır.

İstehsal prosesindəki xəta, gecikmə, gözləmə kimi problemlərin analizi və “YAMAZUMI” metodunun tətbiqi ilə istehsal xəttinin balanslaşdırılması nəticəsində məhsuldarlığın bir neçə dəfə artırılmasını izah edən, eyni zamanda mövcud sənaye problemləri, plansızlıq, israf, istehsal müəssisəsindəki münaqişələr və bir az da eşqdən bəhs edən, axıcı üslubda yazılan bir romandır. Əsər üç il müddətində tamamlanmışdır. 

320dəfə baxılıb.