Dr. Xəqani Bəşirov

Təhsili:

Bakalavr təhsilini 2000-2004-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisası üzrə fərqlənmə ilə bitirib. 2007-2009- cu illərdə Qafqaz Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə magistr təhsili də alıb. 2010-cu ildə Türkiyə Respublikasında doktorantura təhsili almaq üçün iş həyatına müvəqqəti ara verməli olub. 2015-ci ildə İstanbul Universitetinin İnsan resurslarının idarə edilməsi kafedrasında “Əmək mübahisələrinin əmək məhsuldarlığına təsiri və Azərbaycan bank sektorunda araşdırma” adlı fəlfəsə doktorluğu dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək idarəetmə elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

İş Təcrübəsi:

İstehsalat fəaliyyətinə 2005-ci ildə CNLC şirkətində başlayan Xəqani Bəşirov daha sonra FINCA-Azerbaycan BOKT, DəmirBank ASC və KredAqro BOKT kimi şirkətlərdə siravi mütəxəssis vəzifəsindən bölmə müdirinə qədər yüksəlib. 2014-cü ildə yenidən iş həyatına qayıdan Xəqani Bəşirov Mol Bulak BOKT-da Təlim-metodoloji Mərkəzin rəhbəri, Optimal Elektronika şirkətində İnsan resursları departamentinin direktoru vəzifələrində işləyib. 2015-ci ildə alimlik dərəcəsini aldıqdan sonra Qafqaz Universitetinin Biznesin idarə edilməsi kafedrasında baş müəllim, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) SABAH qruplarında müəllim kimi akademik fəaliyyətə də başlamışdır. Hazırda Bakı Mühəndislik Universitetinin Biznesin idarə edilməsi kafedrasında baş müəllim, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) SABAH qruplarında müəllim kimi elmi-pedaqoji fəaliyyətinə davam edən Xəqani Bəşirov ölkənin ən böyük şirkəti olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnsan resursları departamentində çalışır. 3 elmi məqalənin və 3 fənn proqramının (biri bakalavr, iksi magistr təhsil pilləsi üçün) müəllifidir.

724dəfə baxılıb.