Anar Bayramov

Təhsili: 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisasına qəbul olmuşdur. 2-ci kursdan Xüsusi İstedadlar Qrupuna keçirilib, 2006-cı ildə bakalavr pilləsini başa vurmuşdur. 2008-2010-cu illərdə İqtisad Universitetində magistr dərəcəsi alıb. İş Təcrübəsi:
  • 2005-2008-ci illərdə MÜLLER İNTERYER şirkətində mühasib, baş mühasib, maliyyə direktoru vəzifələrində çalışıb.
  • 2008-2011-ci illərdə MÜLLER İNTERYER şirkətinin direktoru olub.
  • 2011-2012-ci illərdə EUROLUX və İDEA şirkətlərində rəhbər vəzifələrdə işləyib.
  • 2012-2013-cü illərdə ORO MEBEL şirkətinin baş meneceri olub.
  • 2013-2015-ci illərdə AZGRANATA şirkətində vitse-prezident işləyib.
  • 2015-2017-ci illərdə DəmirBank ASC-nin Marketinq Departamentinin direktoru kimi çalışıb.
  • 2017-ci ilin aprel ayından başlayaraq Azgranata Trading and Distribution şirkətinin baş direktorudur.
İqtisad Universitetinin MBA proqramında Menecment və Marketinq üzrə mühazirələr keçir. Marketing AIR təlimlərinin və FMR Marketing TV-nin həmtəsisçisidir. Azərbaycanın ən böyük marketinq tədbiri olan Milli Marketinq Forumunun (MMF) təsisçilərindən biridir. “Biznes nə istəyir?” (Bakı-2015) və “Biznes və Menecmentin Əsasları” (Bakı-2011) kitablarının müəllifidir.

568dəfə baxılıb.