Zaur Zeynalov

Təhsili:

Ali təhsili 2006-cı ilə Milli Aviasiya Akademiyasında İqtisadiyyat və Hüquq fakultəsində Menecment ixtisası üzrə tamamlamışdır.

Təcrübəsi:

İnsan Resursları sahəsində karyerasına Azərsun Holdinqdə başlamış, daha sonra Duz İstehsalat Birliyi, Embawood MMC kimi Şirkətlərdə İnsan Resursları Xidmətinin rəhbəri və Azərsu ASC-də Yetkinliklərin inkişafı və karyera planlama direktoru vəzifələrində işləmişdir. Hazırda İstehsalat və Distribyusiya sektorunda ən uğurlu şirkətlərdən biri olan Delta Qrup Şirkətinin İnsan Resursları Departament Direktorudur. İşlədiyi şirkətlərdə İnsan resurslarının idarə edilməsi sahəsində bir çox müvəffəqiyyətli layihələr həyata keçirmiş, bir sıra şirkətlərin İnsan Resursları sistemlərini sıfırdan qurmuşdur. Ölkə daxili və xarici bir çox təlim, seminar, konfranslarda iştirak etmişdir. Zaman-zaman təcrübəsini İnsan Resurslarının idarə edilməsi sahəsində müxtəlif modullar üzrə təlimləri verməklə bölüşür.

748dəfə baxılıb.