Hashtag-Shaped Mühəndislik və Faydaları

Hashtag-Shaped Mühəndislik və Layihələrdə Faydaları

Sənayeləşmənin ilkin mərhələsində daha çox fərqli sahələrdə də məlumat, bilgi və bacarığı olan mütəxəssislərə üstünlük verilirdi. Həmin səbəbdən də T-Shaped bacarıqlar qrafiki ortaya çıxdı. Bu anlayış 1991-ci ildə David Guest adlı bir şəxs tərəfindən kəşf edilib. Daha sonra isə İDEO, IBM, Proctor & Gamble və Nike kimi firmalar bu qrafikdə göstərilən xüsusiyyətdəki işçilərə üstünlük verərək öz iş yerlərində tətbiq etdilər. Ardınca isə bu mövzuda bir neçə universitetdə araşdırmalar aparılmış və elmi məqalələr dərc edilmişdir.

Bu qrafikdə ən maraqlı tərəf qrafikə T adının verilməsidir. Qrafikə bu adın verilmə səbəbi həqiqətən də böyük T hərfinə bənzəməsi idi. T-nin yuxarı üfiqi hissəsində işçinin göstərilən ixtisas haqqında ümumi məlumatı olurdu. Generalist skills olaraq təyin edilən bu bilgilərin çox yox, yalnız müəyyən dərəcədə olması yetərli idi.

Bu qismə misal olaraq sənaye mühəndisliyi, hüquq, cərrahiyyə, filologiya, turizm və s. kimi ixtisaslar aid olurdu. Şaquli hissəyə isə həmin işçinin iş sahəsində fəaliyyət göstərdiyi və birbaşa professionallaşdığı tək bir sahə yazılırdı. Məsəslən: satınalma mühəndisi ixtisası. Bu o demək idi ki, həmin adam mühəndislik fakültəsini bitirib iqtisadiyyat, idarəetmə, mühəndislik sahələrində generalist səviyyəsində təhsilə malikdir, amma satınalma ixtisası üzrə peşəkarlaşıb və uzun müddətdir ki, bu işi icra edir. Həmin sahə üzrə mütəxəssis specialist olaraq qrafikin şaquli hissəsində satınalmanı qeyd edirdi. Müəyyən müddət keçdikdən sonra, xüsusən də işçilik maliyyətlərinin artığı sənaye sahələrində firmaların bir çoxu təkcə bir istiqamətdə peşəkarlaşan yox, eyni zamanda bir neçə sahəni mükəmməl səviyyədə bilən və icra edən işçilər axtarmağa başladı. Sənayenin bu tələbi də həmin xüsusiyyətdə mühəndislərin formalaşmasına gətirib çıxardı. Vəziyyət belə olduqda T qrafikinin bir sütunu daha artırılaraq Pi-Shaped halına çevrildi.

Yəni işçinin generalist bilgiləri eyni qalmaqla, specialist bilgiləri iki oldu. Daha əvvəl bəhs edilən mühəndis satınalma işi ilə yanaşı layihələndirmə və ya istehsalat işini də mükəmməl bilərsə bu vəziyyət bir çox firmalar üçün arzu edilən hala çevrildi. Amma yenə də getdikcə artan rəqabət mütəxəssislərin daha da təkmilləşməsini tələb etdi. Professionallıq sahəsinin iki yox daha çox olmaq məcburiyyəti ortaya çıxdı. Məsələn, bəhs etdiyimiz mühəndisin artıq iki yox, üç və daha artıq peşəkar səviyyədə tətbiq sahəsi olmalı idi. Satınalma, layihələndirmə, istehsalat, satış kimi sahələri də icra edə bilməsi onu digər rəqiblərindən daha üstün bir kadr kimi göstərdi. Qrafikdə T-nin bir neçə ayağı formalaşdı və Comb-shaped bacarıqlar olaraq adlandırıldı. Zaman keçdikcə sənaye, elm və texnologiya inkişaf etdikcə mühəndis və mütəxəsislər daha da təkmilləşmək məcburiyyətində qaldılar. Çünki artıq firmalar işçilərdən bu xüsusiyyətlərinin yanında soft skills adlanan fərdi inkişaf bacarıqları olan kadrlara üstünlük
verməyə başladılar. Soft skills adı verilən bu xüsusiyyətlərə misal olaraq kreativlik, zamanın idarəedilməsi, risklərin idarəedilməsi, kommunikasiya bacarığının yüksək olması, komanda ilə birlikdə çalışma bacarığının olması və s. göstərilə bilər.

Bunları da qrafikə əlavə etdikdə qrafikdə ikinci bir üfuqi xətt meydana gəlmiş olur ki, bu
fiqura hachtag-shaped bacarıqlar adı verilir. Hal-hazırda bir çox firmalar xüsusən də yüksək vakansiyalara işçi tələb edərkən bu xüsusiyyətlərə malik olan işçilərə üstünlük verirlər.
Layihələrdə xüsusən də hachtag-shaped bacarıq və xüsusiyyətə malik işçilərin çalışdırılması daha məqsədə uyğundur. Çünki layihəni icra edən komandadakı işçilik növləri və tələb olunan ixtisaslar layihənin mürəkkəbliyinə görə fərqlilik göstərirlər. Bu xüsusiyyətdə işçiləri layihələrə cəlb etmək həm işçilik maliyyətini azaldacaq, həm də iki və daha artıq işi icra edə bilən bir mütəxəsisi çalışdırdıqda o sahələrdə çalışan başqa bir çalışanınız layihədən ayrılarsa işinizdə
hər hansı bir gecikmə və ya dayanma hadisəsi olmayacaq.

Alvina İskəndərli

353dəfə baxılıb.