Səbirsizliklə gözlənilən Mentor Talks tədbirinə günlər qaldı

“Gələcəyini bu gün inşa et!” sloqanı ilə diqqətləri özünə cəlb edən və çox maraqlı layihələrdən biri olan, həmçinin Azərbaycanda ilk dəfə təşkil ediləcək Mentor Talks tədbirinə hazırlıqlar davam edir.

22 Apreldə Pullman hoteldə hər biri 20 dəqiqə olmaqla, 7 təcrübəli spikerin çıxış edəcəyi bir-birindən maraqlı çıxışların əhatə olunduğu proqram  14:00-dan 18:00-a qədər davam edəcək.

MentorTalks – özünü yetişdirmək istəyən parlaq fikirli insanların bir araya gəldiyi, ilham verən çıxışların  cəmləndiyi tədbirdir. Missiyası insanların həyatına dəyər qatan ideya, məlumat və yanaşmaları ictimaiyyətə çatdırmaqdır.

Artan rəqabət ortamında, xüsusilə də yeni biznes növlərinin sənaye və işdünyasına qazandırılması, bizneslərin inkişafı və yeni təşəbbüskarlıqların formlaşmaları üçün bu tip tədbirlər çox böyük əhəmiyyətə malikdir. Mövcud və gələcək imkanların zamanında və düzgün qiymətləndirilməsi üçün bu tip kritik məlumatları əldə etmənin ən asan yolları ilə bu tədbirdə tanış ola biləcəksiniz.

Tədbirdə iş adamları ilə yanaşı tələbələrin də iştirakını nəzərə alaraq bilet qiymətləri kateqoriyalara ayrılmışdır.

Tədbirdə iştirak etmək istəyənlər təklif olunan Klass (69 AZN), Standart (29 AZN) və İanə (39 AZN) biletlərdən birini seçə bilərlər. İanə biletinin digər biletlərdən fərqi ondadır ki, hər bir İanə biletinin məbləğinin 10 AZN’i ilə ucqar kənd məktəblərindəki şagirdlərə kitab alınacaq.

Digər bir fürsət isə ondan ibarətdir ki, klass bileti alan şəxslər isə mentorlardan birini seçərək onunla fərdi sessiya əldə etmək imkanı qazanacaqlar.

İldə bir neçə dəfə təşkil olunması planlaşdırılan tədbirlər özünü inkişaf, biznes, marketinq, texnologiya, təhsil, səhiyyə kimi sahələri əhatə edəcək.

Biletləri əldə etmək üçün:
www.mentor.az saytından qeydiyyatdan keçə, Mentor Talks’un Facebook səhifəsi ilə (https://www.facebook.com/mentor.az/) və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz:

Mob: (070) 296 64 66
Tel: (012) 596 56 38

8893dəfə baxılıb.