Elon Musk, Zuckerberg kimi sahibkarlar günlərini necə faydalı istifadə edə bilir?

Uğur və sərmayələri ilə hər gün diqqətləri özlərinə cəlb edən bu məhşurlar hər günlərini daha da faydalı hala gətirmək üçün əllərindən gələni edirlər. Belə ki, ən böyük ortaq xüsusiyyətləri həyatları boyunca müəyyən bir düzəni qurmuş olmalarıdır. İstiqrarlıdırlar və günlük işlərini qətiyyən ləğv etmirlər, edəcəkləri işləri isə sıra ilə edirlər. Yuxu isə onlar üçün sadəcə olaraq bioloji bir ehtiyacdır.

1) Mark Zuckerberg (Facebook)

Mark Zuckerberg, saat 8:00 dan gec oyanmır. Oyanan kimi Facebook və dünya mediasında baş verənlərə nəzər salır. Hətta dediyə görə günlük xəbərlərdən asılı olaraq bu müddət dəyişsə də bu işə sadəcə olaraq bir neçə dəqiqəsini sərf edir. Ardınca günlük idmanını edir. Həftədə üç gün mütləq şəkildə idmanla məşğul olduğunu bildirən Zuckerberg idmanın fiziki və mənəvi cəhətdən onu gümrah saxladığını söyləyir. Həftədə 60 saat karyerasına vaxt ayırsa da yuxu rejimini əsla dəyişdirmir. Geri qalan vaxtlarını isə ailəsinə, kitab oxumağa və yeniliklər kəşf edərək kültür səviyyəsini inkişaf etdirməyə həsr etdiyini açıqlayıb.

2) Elon Musk (Tesla, SpaceX)

Gündə ən çox 6 saat yuxlayan Muskın günü səhər 7:00 da başlayır. Səhər yeməyinə çox vaxt sərf etməyən Musk idmanlarını heç vaxt ötürmür. Müvəffəqiyyətin çox çalışmaqdan asılı olduğunu canlı şəkildə sərgiləyir və günün 10 saatını işinə hərs edir. Hər gün 1-2 saat kitab oxumağa da vaxt ayırır.

3) Richard Branson (Virgin Group)

Günəşin ilk işıqları ilə oyana bilmək üçün otağının pərdəsini açıq saxlayır və çox vaxt səhər 5:00 da oyandığını deyir. O da digərləri kimi günə idmanla başlayır və mütləq hər gün fərqli bir idman növü ilə məşğul olur. Ona görə idman fiziki və mental inkişaf üçün vacib bir amildir. Səhər yeməyinə nə qədər vaxt ayırdığı dəqiq bilinməsə də bol vitamlinli qidalandığı gizli deyil. Günə ailəsi ilə vaxt keçirərək başladığı üçün  özünü xoşbəxt hiss etdiyini və bu əhval-ruhiyyə ilə başladığını bildirir. Bundan başqa isə həmişə cibində gəzdirdiyi bir kitabçası var. Gün ərzində başına gələn maraqlı hadisələri, müşahidələrini və ya ağlına gələn maraqlı fikirləri mütləq qeyd edir.

4) Jack Dorsey (Twitter)

Jack Dorsey də günə erkən başlayan iş adamlarından biridir.  O da səhər 5:00 da oyanır amma, Richardın əksinə o pərdələri tamam bağlayaraq tam qaranlıq otaqda yuxlayır. Oyanan kimi ilk yarım saatı idman etməklə keçirir və əlavə olaraq isə hər gün meditasiya ilə məşğul olur. Ardınca isə işə başlayır. Günlük işinə bağlılığı ilə diqqət çəkir.

5) Bill Gates (Microsoft)

Hər gün mütləq 7 saat yuxuya həsr edən Gatesin ilk  işi sübh tezdən qəzetlərin başlıqlarına baxmaq olur. Ardınca isə idmanını gecikdirmir və hər gün bir saat qaçmaqla məşğul olur. Gün ərzində görəcəyi bütün işləri əvvəlcədən planlandığını və hər işin ardınca beş dəqiqəlik fasilə etdiyini vurğulayır. Günün müəyyən qismini də kitab oxumağa ayıran Gates ailəsini əsla yalnız buraxmır. Geri qalan zamanlarını isə yeniliklər kəşf etməyə ayırır.

6) Jeff Bezos (Amazon)

Mütləq şəkildə hər gün 8 saat dincəlir. Hətta bunu vərdiş halına gətirib. Maraqlısı isə bundan ibarətdir ki, Jeff Bezos iş otağında yuxu tulumu saxlayır. Səhər idmanından sonra, bəzən də idman əsnasında dünya gündəminə baxır. Ancaq həftənin iki gününü işə həsr edir. Onun xaricində qalan günləri isə ofisdə xərcləmək əvəzinə daha kreativ işlərlərlə məşğul olmağı üstün tutduğunu söyləyir.

ceotudent.com

1100dəfə baxılıb.